AZ

Qazaxıstanlı velosipedçi: Ən çətin hissə üzü yoxuşa qalxmaq idi

Bu mərhələdə də yarış kifayət qədər maraqlı alındı.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının II mərhələsinin qalibi olan Qazaxıstanın "XTS Astana" komandasının üzvü Yevgeni Fyodorov deyib.

“Sea Breeze”dən İsmayıllıya qədər 193,3 kilometr məsafəni hamıdan tez qət edən idmançı nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Bizim komandanın qarşısına qoyulan əsas məqsəd birinci yeri tutmaq idi. Ən çətin hissə üzü yoxuşa qalxmaq idi. Bu cür turnirlərdə yarış müddəti də önəmlidir. Növbəti mərhələdə məqsədim qalib köynəyi qorumaqdır".

Velosipedçilər ikinci etapda “Sea Breeze”dən İsmayıllıya qədər 193,3 kilometr məsafə qət ediblər.

Ötən gün I mərhələdə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci yeri tutub.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Seçilən
16
2
yeniazerbaycan.com

3Mənbələr