AZ

Ləğv edilən qola görə şikayət edəcəklər

style='margin-bottom:10px;'>

"Vest Hem" Premyer Liqada "Arsenal"a qarşı keçirilən matçda ləğv edilən qolla bağlı hakimlərdən rəsmi izahat tələb etməyə hazırlaşır.

QOL.az xəbər verir ki, London stadionunda keçirilən qarşılaşmanın əlavə vaxtında Kallum Vilsonun vurduğu qol VAR müdaxiləsindən sonra ləğv olunub. Baş hakim Kris Kavana epizodu monitorda izlədikdən sonra Pablo Felipenin qapıçı David Rayaya qarşı qayda pozduğunu müəyyənləşdirib.

Bu qərardan narazı qalan "Vest Hem" rəhbərliyi hakim korpusuna rəsmi müraciət etməyi planlaşdırır. Klub həm qərarın səbəbi ilə bağlı izahat, həm də Kris Kavana ilə VAR hakimi Darren İnqlend arasındakı danışığın audioyazısını tələb edəcək.

Qeyd edək ki, görüş "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə "topçular"ın çempionluq yarışında liderliyini qorumasına imkan verib.

Seçilən
21
2
teleqraf.com

3Mənbələr