Misli premyer-liqasının 31-ci turu “Turan Tovuz”un yarımmüdafiəçisi Alexandro Serrano üçün əlamətdar olub.
"Football-plus.az" xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi premyer-liqada 100-cü oyununu keçirib. Onun yubileyi “Karvan-Yevlax”la ev matçına (1:0) təsadüf edib.
Serrano bu qarşılaşmalarda 11 qola imza atıb. premyer-liqada yalnız bir klubda çıxış edən futbolçu “Turan Tovuz”da 2023/24 mövsümündə debüt edib.
Serrano pemyer-liqada 100 və daha çox oyun keçirən ikinci ispaniyalıdı. Onadək yalnız “Qarabağ”ın sabiq futbolçusu Miçel buna nail olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta