AZ

Hantavirus böyrəklərin fəaliyyətini dayandırır və… - Virusoloq xəbərdarlıq etdi

“Andes” ştamına aid hantavirus böyrəklərin ciddi zədələnməsinə, hətta onların tam fəaliyyətini dayandırmasına səbəb ola bilər.

Publika.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında rusiyalı virusoloq Tatyana Satayeva bildirib.

Onun sözlərinə görə, xəstəlik yüksək hərarət, bel ağrıları, şişkinlik və sidik ifrazının pozulması ilə müşayiət olunur.

“Hantavirus iki ağır forma yarada bilər: böyrək sindromlu hemorragik qızdırma və həyati təhlükəli hantavirus ağciyər sindromu. İnsan virusa yalnız gəmiricilərlə təmas nəticəsində yoluxa bilər. Böyrəklərin fəaliyyətinin dayanması ilə müşayiət olunan kritik vəziyyət yalnız çox ağır hallarda baş verir. Bu zaman bədən hərarəti 39-40 dərəcəyə qədər yüksəlir”, - deyə virusoloq qeyd edib.

Seçilən
52
publika.az

1Mənbələr