Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Afina, 11 may, AZƏRTAC
Yunanıstan hökuməti Qədim Olimpiya ərazisində yerləşən qədim Roma dövrünə aid abidələrin bərpası üçün 3,5 milyon avrodan çox vəsait ayırıb.
AZƏRTAC “Travel and Tour World” nəşrinə istinadən xəbər verir ki, bərpa işləri çərçivəsində qədim tikililərin struktur dayanıqlığının artırılması, arxeoloji sahələrin mühafizəsi və turistlər üçün yeni infrastrukturun yaradılması nəzərdə tutulur.
Layihənin məqsədi tarixi irsin qorunması, mədəni turizmin inkişafı və regionun beynəlxalq turizm potensialının gücləndirilməsidir.
Yunanıstan Mədəniyyət Nazirliyinin açıqlamasına görə, layihə uzunmüddətli davamlılıq prinsiplərinə əsaslanır və Qədim Olimpiyanın dünya miqyasında tanıdılmasına töhfə verməlidir.
Ekspertlərin fikrincə, qədim irsin qorunması ilə turizm sektorunun inkişafı arasında balansın yaradılması ölkənin iqtisadiyyatı üçün də mühüm əhəmiyyət daşıyır.
Məlumatda vurğulanır ki, Qədim Olimpiya yalnız Yunanıstan üçün deyil, bütün Avropa sivilizasiyası üçün simvolik məkan hesab olunur. Son illərdə Afina hökuməti tarixi və arxeoloji məkanların bərpasına daha çox investisiya yatıraraq ölkəni mədəni turizm istiqamətində daha cəlbedici etməyə çalışır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.