Xalq artisti Fatma Mahmudovanın qızı, aktrisa və müğənni Nigar Tofiqin duet ortağı Xan Qaraxanlı ilə nişanlanacağı xəbəri gündəm olub.
Yayımlanan görüntülərdə cütlüyün xoşbəxt və səmimi münasibəti diqqət çəkib. Zərgərlik mağazasında üzük seçən ikilinin romantik anları sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
Paylaşıma çoxsaylı şərhlər yazan izləyicilər Nigar və Xana xoşbəxtlik arzulayaraq cütlüyü təbrik ediblər.