Müğənni Vəfa Şərifova övladları ilə birgə Fəxri xiyabana gedib.
Paylaşılan videoda müğənninin qızı və oğlunun əllərində qırmızı qərənfillərlə Fəxri xiyaban istiqamətində irəlilədiyi əks olunub. Kadrlarda uşaqların məzar önünə gül aparması diqqət çəkib. pizza hut
Qeyd edək ki, son illər Vəfa Şərifovanın şəxsi həyatı da tez-tez gündəmə gəlir. Müğənninin iş adamı Famil Xəlilovla münasibəti uzun müddətdir müzakirə olunur. Vəfa Şərifova müxtəlif televiziya proqramlarında verdiyi açıqlamalarda onların rəsmi nikahda olmadığını bildirib.
Xatırladaq ki, cütlüyün bu münasibətdən bir qız və bir oğul övladı var./Yeni Sabah