TRT 1 Ana Xəbər bülleteninin aparıcısı Işıl Açıkkarın "Analar günü" yayımındakı çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Aparıcının canlı yayımda işlətdiyi ifadələrdən sonra vəzifəsindən uzaqlaşdırıldığı bildirilir.
Sözügedən çıxış qısa müddətdə sosial mediada gündəmə çevrilib. Bir çox istifadəçi aparıcıya dəstək versə də, bəziləri bu ifadəni tənqid atəşinə tutub.
Müzakirələrin böyüməsindən sonra TRT rəhbərliyinin Işıl Açıkkarı ana xəbər aparıcılığı vəzifəsindən azad etdiyi iddia olunur. Hələlik telekanal rəhbərliyi məsələ ilə bağlı rəsmi açıqlama verməyib./demokrat.az/