AZ

Parataekvondoçularımız Münhendə Avropa çempionatında

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Bu gün Almaniyanın Münhen şəhərində Parataekvondo üzrə Avropa çempionatına start veriləcək. Sport24.az xəbər verir ki, ölkəmizi turnirdə K44 kateqoriyası üzrə kişilər arasında Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq) və Orxan Cəfərov (80 kq), qadınlar arasında isə Səmayə Həsənova (47 kq) təmsil edəcək.

Milli komandamızı yarışa baş məşqçi Fərid Tağızadə çıxaracaq.

Qeyd edək ki, turnirə mayın 14-də yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
2
sport24.az

3Mənbələr