AZ

“Bakı Xankəndi“ velosiped yarışının qalibi: “Birinci olmağım o qədər də önəmli deyildi“

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi olan qazaxıstanlı Yevgeni Fyodorov üçün birinci yeri tutmaq elə də önəmli deyildi.

Moderator.az xəbər verir ki, bu barədə idmançı mətbuat konfransında bildirib.

"Astana" komandasının üzvünün sözlərinə görə, kifayət qədər yaxşı mərhələ alınıb:

"Bütün təşkilatçılara təşəkkür edirəm. Yarışın əvvəlində aktivlik var idi. Bizim komandada əsas məqsəd komandadan kiminsə qalib gəlməsi idi. Mənim birinci olmağım o qədər də önəmli deyildi. Bu gün mənim üçün ən çətin an yoxuşları qalxmaq oldu"

O, növbəti günlərdə də mübarizə aparmağa çalışacağını sözlərinə əlavə edib. /Report/

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
3
moderator.az

5Mənbələr