AZ

Aleksandr Vinokurov: “Hər şey əladır”

 Aleksandr Vinokurov "Bakı-Xankəndi" beynəlxalq yarışı barədə fikirlərini bildirib.

Apasport.az xəbər verir ki, 52 yaşlı veteran idmançı jurnalistlərə açıqlama verib.

O, turnirlə bağlı fikirlərini bölüşüb:

"İlk iki gün ərzində gördüklərimə əsasən heç bir irad bildirə bilmərəm. Ümumilikdə hər şey çox yaxşı təşkil olunub. Tamaşaçılar daim tras boyu var, tras da genişdir. Düşünürəm ki, bu yarış yüksək kateqoriyaya layiqdir. Buna təşkilatçılar qərar verəcək. Amma bildiyim odur ki, yarışlar yüksək səviyyədə keçirilir. Təhlükəsizlik də təmin olunub. Tras möhtəşəmdir".

"Astana" komandasının rəsmisi qazaxıstanlı Yevgeni Fyodorovun bugünkü, ikinci mərhələdə qalib olması ilə bağlı da danışıb:

"Hər şey gözlədiyimiz kimi alındı. Biz Qazaxıstanda və digər yarışlarda qalib olmuşuq. Burada da iştirak etmək bizim üçün xoşdur. Bu cür yarışlar köhnə ənənələri yaşadır, formanı layiqincə daşımağa çalışırıq. Ümumilikdə hər şey əladır. Bu yarışın yenidən keçirilməsi çox sevindiricidir. Velosportun ölkədə populyarlaşması üçün belə yarışların böyük rolu var".

A. Vinokurov uşaqların bu idman növünə marağını xüsusi qeyd edib

"Bu çox vacibdir. Xüsusilə finişdə dayanan uşaqlar üçün bu çox maraqlıdır. Onlar sabah deyə bilərlər ki, bu idman növü maraqlıdır və onunla məşğul olmaq istəyirlər. Biz də vaxtilə belə başlamışıq".

O, Azərbaycandakı yarışda möhtəşəm enişlər və yoxuşlar olduğunu sözlərinə əlavə edib:

"Möhtəşəm mənzərələr də var. Bir daha təşkilatçılara təşəkkür edirəm. Qonaqpərvərlik yüksək səviyyədədir".

Velosipedçimiz Özbəkistanda 4-cü olub

Təhminə Tağı-zadə Lozannada keçirilən qlobal antidopinq forumunda Azərbaycanı təmsil edib

Azərbaycan və Türkiyə gənclər və idman sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib

Dövlət qurumları arasında bilyard turniri keçirilib - FOTO

Azərbaycan WADA-nın beynəlxalq konfransında təmsil olunub

Seçilən
25
4
apasport.az

5Mənbələr