AZ

Çin ABŞ-ın İranla bağlı sanksiyalarına etiraz edib

Pekin ABŞ-ın İranın hərbi əməliyyatlarına dəstək verməkdə ittiham etdiyi üç Çin şirkətinə qarşı tətbiq etdiyi sanksiyalara sərt reaksiya verib.

Reuters“ xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin bu həftə gözlənilən görüşü ərəfəsində bu addımı “qanunsuz və birtərəfli” adlandıraraq, onu kəskin şəkildə rədd edib.

“Biz həmişə Çin müəssisələrindən qanunlara və qaydalara uyğun şəkildə fəaliyyət göstərməyi tələb edirik. Biz Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə qoruyacağıq”, - Çin Xarici İşlər Nazirliyinin sözçüsü brifinqdə bildirib.

O, hazırda təxirəsalınmaz prioritetin döyüşlərin yenidən başlamasının hər vasitə ilə qarşısını almaq olduğunu qeyd edib.

"Cebheinfo.az"

Seçilən
0
4
cebheinfo.az

5Mənbələr