AZ

Paşinyan metrodan keçə bilmədi: “Bu, tanışlığa görədir?” VİDEO

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan metroda maraqlı vəziyyətlə üzləşib.Modern.az "Sputnik Armenia"a istinadən xəbər verir ki, seçicilərlə növbəti görüşə tələsən Paşinyan metroya daxil olarkən bank kartı ilə ödəniş etmək istəyib. O, kartını iki dəfə validatora yaxınlaşdırsa da, sistem işləməyib.Paşinyan baş verənlərin səbəbini soruşduğu anda İrəvan meri Tiqran Avinyan mobil telefonunu terminala yaxınlaşdıraraq onun metrodan keçməsinə kömək edib.Bundan sonra Paşinyan zarafatla “Bu, tanışlığa görədir?” deyə sual verib.Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
5
modern.az

6Mənbələr