AZ

Tramp Ağ Evdə qızıl işləməli möhtəşəm zal tikdirir: Şərq qanadı söküldü

ABŞ prezidenti Donald Tramp Ağ Evdə yeni bal zalının inşasının qrafiki qabaqladığını bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Tramp tikintisi davam edən məkandan foto paylaşaraq, "Ağ Evdə qrafiki qabaqlayan möhtəşəm bal zalı" qeydini yazıb.

Qeyd edək ki, Donald Tramp dəfələrlə Ağ Evdə böyük tədbirlər üçün yer çatışmazlığından şikayətlənirdi.

Vəzifəsinin icrasına başladıqdan sonra o, iqamətgahda genişmiqyaslı təmir işlərinə start verib və interyerə qızıl işləmələr əlavə etdirib. Həmçinin prezidentin zövqünə uyğun olaraq müxtəlif qurumlardan antik əşyalar Ağ Evə gətirilib. Yeni bal zalının inşası üçün iqamətgahın Şərq qanadının bir hissəsi sökülüb.

Seçilən
29
publika.az

1Mənbələr