AZ

Sabah Qarabağ dan üstün futbol oynamaqla çempion oldu Ağdam klubunun sabiq üzvü

ain.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Qarabağ" bu mövsüm Çempionlar Liqasında oynaması “Sabah”ın çempion olmasına kömək etdi desəm, yəqin ki, yanılmaram. Çünki “Qarabağ” ÇL-də bu qədər irəli gedəcəyini təsəvvür etməmişdilər. Daha çox ÇL-ə yükləmələri, milli çempionatda boşluq vermələrinə gətirib-çıxardı. Amma “Sabah”ın da haqqını yemək istəmirəm. Çünki bu il “Sabah” çox gözəl futbol nümayiş etdirdi”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Qarabağ”ın veteran futbolçusu Ramal Hüseynov deyib. O, Ağdam klubunun bu mövsüm çempion ola bilməməsinin səbəblərindən danışıb: “Sabah” bu il çempionata yeni nəfəs gətirdi. Uzun illərdən sonra çempionun adı dəyişdi. “Sabah” “Qarabağ”dan üstün futbol oynamaqla çempion oldu. Buun da başlıca səbəbi odur ki, “Qarabağ” gücünü düzgün bölə bilmədi. Həm ÇL, həm də milli çempionat...Göründü ki, onlar üçün çətin oldu. Ən əsas səbəbi də “Qarabağ”ın ehtiyat qüvvəsinin olmaması idi. Çünki məcburiyyətdən “onbirlik” dəyişmirdi. Onu dəyişən kimi xallar itirirdilər. Bu da onu göstərir ki, “Qarabağ” üçün hesablanmamış mövsüm oldu”.

Hüseynovun fikrincə, “Qarabağ” üçün Avropa Liqası və ya Konfrans Liqası arasında fərq yoxdur, hansı turnirə yollanarsa, uğurlu olacaq: "Qarabağ” artıq 13 ildir ki, Avropada uğurla çıxış edir. Komanda bu il Çempionlar Liqasında göstərdi ki, istənilən rəqibə qarşı layiqli mübarizə aparmaq mümkündür. “Qarabağ” üçün ciddi problem görmürəm, çünki komandanın kifayət qədər təcrübəsi var. Məncə, “Qarabağ” hansı cəbhədə mübarizə aparsa, orada böyük uğurlar qazanacaq. Bunun əsas səbəbi isə komandanın artıq oturuşmuş sistemə sahib olmasıdır. Diqqət yetirsək görərik ki, kim gəlib-getsə belə, “Qarabağ”ın oyun üslubu dəyişmir. Çünki klub artıq öz futbol fəlsəfəsini və oyun təməlini çox möhkəm qurub. Bu il də “Qarabağ”ın uğurlu çıxış edəcəyinə heç bir şübhəm yoxdur".

Onun sözlərinə görə, yeni mövsüm Azərbaycan Premyer Liqasında çempionluq uğrunda böyük mübarizə gedəcək: "Yeni mövsümdən təkcə “Qarabağ” deyil, “Sabah”, “Neftçi”, “Zirə” və “Turan Tovuz” da çempionluq uğrunda ciddi mübarizə aparacaq. Məncə, bizi daha maraqlı və rəqabətli bir çempionat gözləyir. “Qarabağ” üçün isə bu mövsüm yaxşı dərs oldu ki, əgər eyni anda həm daxili çempionatda, həm də Avropa turnirlərində mübarizə aparırsansa, hər şeyə hazır olmalısan. Buna görə də düşünürəm ki, “Qarabağ” yeni mövsümdə hər oyuna daha ciddi və məsuliyyətli yanaşacaq".

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
sportal.az

2Mənbələr