Rumıniyada şahmatın rapid növü üzrə Buxarest Qran-Prisinə yekun vurulub.
SİA xəbər verir ki, 27 ölkənin qatıldığı turnirdə Azərbaycanı Rauf Məmmədov və Aydın Süleymanlı təmsil edib.
Hərəyə 8,5 xal toplayan Meksika şahmatçısı Joze Martines Alkantara və A. Süleymanlı yekunda 1-2-ci yerləri bölüşdürüblər. Azərbaycan milli komandasının üzvü əlavə göstəricilərə görə, turniri 2-ci pillədə başa vurub.
Digər şahmatçı Rauf Məmmədov isə 8 xalla 7-ci yeri tutub.
Qeyd edək ki, Qran-Pridə 581 şahmatçı mübarizə aparıb.