"Ümumiyyətlə, dünyada müxtəlif ölkələrdə çox yaxşı praktika var. Onlardan biri ictimai nəqliyyat sektorunun bir-birinə çox ciddi şəkildə inteqrasiya etməsidir. Məsələn, metro, metrobus, tramvay, eyni zamanda taksi xidmətlərini həyata keçirən xüsusi marşrutlar, xüsusi taksi duracaqlarının, taksi dayanacaqlarının yerləşdirilməsi. Və bütün bunlar bir-birinə inteqrasiya etdikdə, nəticə etibarilə ümumi nəqliyyat, ictimai nəqliyyat sisteminin, sərnişindaşımanın kifayət qədər sadələşdirilməsi, rahatlaşması və əlçatanlığı baş verir”. Ekspert qeyd edib ki, bu sistemin ən uğurlu nümunələri Avropada tətbiq olunmaqdadır: "Məsələn, Berlin şəhərində metropoliten sistemi, ictimai avtobuslar, tramvaylar bir-birinə çox ciddi şəkildə inteqrasiya olunub və həm sürətli sərnişindaşıma, həm də keyfiyyətli sərnişindaşıma sistemini qurulub. Bu baxımdan düşünürəm ki, bu dəyişikliklər ölkədə ictimai nəqliyyat sisteminin inkişafına və vətəndaşların rahatlığına, əlçatanlığına xidmət göstərə bilər”. İlqar Hüseynov paytaxtın əsas problemi olan tıxaclara da toxunaraq, bu addımın vətəndaşları ictimai nəqliyyata yönləndirmək üçün həlledici olduğunu vurğulayıb: "Amma bununla yanaşı, bizim ən dəhşətli problemimiz məhz tıxacların olmasıdır. Biz vətəndaşlarımızı şəxsi nəqliyyat vasitələrindən istifadənin azaldılmasına və təşviq olunaraq ictimai nəqliyyat sisteminə istifadəsinə keçid etməyə nail olmasaq, təbii ki, biz ciddi irəliləyişlərə, ciddi nəticələrə bu istiqamətdə gətirib çıxara bilməyəcəyik”,-deyə ekspert vurğulayıb. Qeyd edək ki, bu birləşmə sərnişinlər üçün vahid ödəniş sistemi, daha koordinasiyalı marşrut xətləri və metro stansiyalarına çıxışın daha asan olması deməkdir.