Ermənistan-Azərbaycan şərti sərhədində fəaliyyət göstərən Avropa müşahidə missiyası ilə bağlı müxtəlif beynəlxalq platformalarda və sosial mediada müzakirələrin artması narahatedicidir. Bu onu göstərir ki, Ermənistandakı revanşist qüvvələr Qərbdən güc və təlimat alırlar. Hələ də Qərbdə, xüsusilə Fransada Cənubi Qafqazda artıq xeyli məsafə qət etmiş sülh prosesinə əngəl olmaq istəyən güclər var. Sual olunur ki, Azərbaycan və Ermənistan bəzi hallarda vasitəçi ilə, bəzi hallarda isə ikitərəfli təmaslarla sülh prosesini uğurla aparırsa, kənar müdaxiləyə nə ehtiyac var. Sərhədlərin bir qismi ilə bağlı delimitasiya məsələləri razılaşdırılıb. Ermənistan cəmiyyətinin böyük əksəriyyəti və hakim siyasi qüvvə Azərbaycanla qalıcı sülhə arzulayır. Xalqın səsini almış Paşinyan iqtidarı Azərbaycanla və Türkiyə ilə quru sərhədlərinin açılmasını, ticarət əlaqələrinin bərpasını istəyir. Belə bir halda Ermənistan-Azərbaycan şərti sərhədində fəaliyyət göstərən Avropa müşahidə missiyasının aktivləşməsi şübhəli suallar doğrurur. "Müşahidəçilərin" tərəfsiz açıqlamaları vəziyyəti daha da qəlizləşdirir. Onlar kövrək sülhə töhfə verməkdənsə, qaşınmayan yerdən qan çıxarmağa çalışırlar".
QHT sədri deyib ki, tərəflər dayanıqlı sülhə doğru bu qədər məsafə qət ediblərsə, bu prosesə əngəl olmağa ehtiyac yoxdur:
"Kimlərsə müşahidə missiyası adı ilə pozuculuqla məşğul olursa, bu, heç də yaxşı bir hal deyil. Onlar erməni xalqının təhlükəsizliyini, gələcəyini risk altına qoyurlar. Sabah sərhəddə hər hansı bir eskalasiya olacaqsa, bölgədən ilk qaçan elə müşahidəçilər olacaq. Amma bu hal baş verməyəcək. Çünki regionda sülhün təminatçısı güclü orduya malik Azərbaycan dövlətidir. İki ölkə arasında sülh danışıqları, sərhədlərin müəyyən olunması ilə bağlı təmaslar uğurla davam edir. Yəqin ki, seçkidən sonra ciddi irəliləyişlər də görəcəyik. Qərbdəki bəzi siyasi çevrələrin, Emrənistandakı azsaylı qisasçı güclərin təxribatçı davranışları nəticəsiz qalacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31