"Şaxtyor"un baş məşqçisi Arda Turan komandasının Ukrayna çempionu olması ilə bağlı təəssüratlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, Premyer Liqanın son turunda "Poltava"nı 4:0 hesabı ilə yenərək titula sahib çıxan Donetsk təmsilçisinin türkiyəli çalışdırıcısı klubun saytına danışıb:
"Əvvəla, bu gün Analar Günüdür və əminəm ki, bu ölkədə uşaqlarını sonsuz sevən çoxlu ana var. Mən də bir ananın övladıyam, həyat yoldaşım, uşaqlarımız var. Ona görə də fürsətdən istifadə edərək bütün anaları bu gözəl bayram münasibətilə təbrik etmək istəyirəm.
Bu gün son dərəcə xoşbəxtəm! Titul qazanmaq inanılmaz bir hissdir. Bura gəldiyim ilk gündən hər kəs məni inanılmaz dərəcədə yaxşı qarşıladı: oyunçularım, işçi heyətim və məşqçilərim özümü evdəki kimi hiss etməyimə yardım göstərdilər. Bu qələbə onların zəfəridir. Bu mövsüm səfərdə göstərdiyimiz bütün səyləri onlara və azarkeşlərimizə həsr etmək istəyirəm. Həmçinin söz vermək istəyirəm ki, Ukraynanı növbəti avrokubok yarışında daha yaxşı təmsil etmək üçün əlimizdən gələni edəcəyik.
Qarşıdan gələn mövsümdə Ukraynanı Avropa yarışlarında kimin təmsil edəcəyinin əhəmiyyəti yoxdur - "Dinamo", "Polisya", LNZ, "Metallist" - hamısı iki cəbhədə oynamağa layiqdirlər. Bir-birimizə kömək etməliyik və mümkünsə, iki cəbhədə oynamaq kimi çətinliyin fonunda təqvimdə müəyyən dəyişikliklərə razılaşmalıyıq".