İtaliya A Seriyasının 37-ci turu çərçivəsində “Roma” paytaxt derbisində “Latsio” ilə qarşılaşacaq.
Aut.az xəbər verir ki, lakin oyunun dəqiq tarixi və başlama saatı hələ müəyyənləşməyib. Görüşün mayın 17-də, bazar günü keçirilməsi gözlənilir. Ancaq həmin gün Romada nüfuzlu WTA-1000 tennis turnirinin finalı baş tutacağı üçün derbinin bazar ertəsinə keçirilməsi ehtimalı var.
Bu təkliflə Roma polisinin rəhbəri Roberto Mazuççi çıxış edib:
“İstənilən çətinliyə hazır olsaq da, eyni gündə bu qədər böyük yarışların keçirilməsi məqsədəuyğun görünmür. Beynəlxalq tennis çempionatı artıq qlobal hadisəyə çevrilib. Bu, derbi qədər vacib tədbirdir”.