Almaniyanın müdafiə naziri Boris Pistorius elan olunmamış səfərlə Kiyevə gedib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.
Səfəri zamanı Pistorius Ukrayna ilə yüksək texnologiyalı silahların hazırlanması sahəsində əməkdaşlığı müzakirə etmək niyyətindədir.
Onun sözlərinə görə, Berlin iki ölkə arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsində, o cümlədən yeni birgə Almaniya-Ukrayna müəssisələrinin yaradılmasında maraqlıdır.\"Report"