AZ

Azərbaycan yığması Gürcüstana qarşı

Azərbaycanın qızlardan ibarət U-16 yığma komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün son matçını keçirəcək.

Sportal.az xəbər verir ki, komandamız Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

Binə stadionunda baş tutacaq oyuna saat 12:00-da start veriləcək.

Qarşılaşma FIFA+ TV tərəfindən canlı yayımlanacaq.

Xatırladaq ki, yığmamız bundan əvvəl Rumıniyaya 1:7, Litvaya isə 1:4 hesabı ilə məğlub olub. 

saytlarin hazirlanmasi

Seçilən
26
sportal.az

1Mənbələr