AZ

Netanyahu: İsrail artıq ABŞ ın yardımına əvvəlki qədər ehtiyac duymur

ain.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın İsrailə göstərdiyi hərbi yardımın gələcəkdə dayandırılmasının mümkün olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Netanyahu CBS telekanalında yayımlanan “60 Minutes” proqramında jurnalist mayor Qarretə verdiyi müsahibədə deyib ki, İsrail artıq böyük və yüksək texnologiyalı iqtisadiyyata malikdir. Onun sözlərinə görə, “Amerikanın hərbi yardımına son qoymağın və yardımdan tərəfdaşlığa keçməyin vaxtıdır”.

Baş nazir qeyd edib ki, İsrail ABŞ-dan hazırda ildə 3,8 milyard dollar həcmində olan maliyyə dəstəyinin və hərbi əməkdaşlığın maliyyə komponentinin zamanla sıfıra endirilməsini istəyir.

Netanyahu həmçinin iddia edib ki, İran ABŞ və İsrailin birgə hücumlarından sonra “ən zəif nöqtəsindədir”. O bildirib ki, İranın silah istehsalı müəssisələrinin və iqtisadiyyatı dəstəkləyən bəzi obyektlərin məhv edildiyini düşünür.

İran ilə bağlı açıqlamalarında Netanyahu mövcud İran hakimiyyətinin əvvəlki dövrlərlə müqayisədə daha zəif olduğunu iddia edib. O əlavə edib ki, ABŞ xüsusilə Hörmüz boğazı üzərindən həyata keçirilən dəniz nəzarəti vasitəsilə İrana təzyiq göstərməyə davam edir.

Netanyahu eyni zamanda son illərdə ABŞ ictimaiyyətində İsrailə dəstəyin azalmasında digər ölkələrin təsirinin olduğunu da irəli sürüb.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
icma.az

2Mənbələr