AZ

Almaniya müdafiə naziri Kiyevə səfər etdi

BAKI, 11 may. TELEQRAF

Almaniya müdafiə naziri Boris Pistorius müdafiə sənayesində Ukrayna ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı danışıqlar aparmaq üçün Kiyevə səfər edib.

Teleqraf xəbər verir ki, o, Almaniyanın Ukrayna ilə birlikdə yeni silah sistemlərinin hazırlanmasına fokuslanacağını və əsas diqqətin uzunmənzilli dronlara yönəldiləcəyini bildirib.

Pistorius həmçinin qeyd edib ki, Berlin Almaniya-Ukrayna birgə müəssisələrini daha da inkişaf etdirməyə sadiqdir.

“Ukraynalıların döyüş meydanındakı təcrübəsindən faydalanırıq. Həmçinin, “Brave One” platformasında perspektivli innovasiyalar nümayiş etdirə biləcək tərtibatçıları dəstəkləməyi planlaşdırırıq”, - Almaniya müdafiə naziri əlavə edib.

Seçilən
13
teleqraf.com

1Mənbələr