AZ

Qaranlıqda maşın sürəndə belə görməyin əsl səbəbi üzə çıxdı Xəstəlik imiş

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Keratokonus gözün şəffaf təbəqəsinin nazilərək önə doğru konus formasında çıxması ilə müşayiət olunan ciddi problemdir. Son illərdə ekran qarşısında keçirilən vaxtın artması və allergik reaksiyalar bu xəstəliyin yayılma sürətini artırıb.Demokrat.az xəbər verir ki, göz xəstəlikləri üzrə mütəxəssis professor Semra Akkaya Turhan keratokonus xəstəliyi ilə bağlı mühüm xəbərdarlıqlar edib.Pasiyentlər əsasən eynək nömrələrinin tez-tez dəyişməsindən və hərflərin kölgəli görünməsindən şikayət edirlər. Xəstəlik xüsusilə gecə saatlarında maşın sürənlər üçün ciddi çətinlik yaradır. Professor Turhan bu vəziyyəti pasiyentlərin dili ilə belə izah edib.“Faraların ətrafında halələr və parıltılar yaranır, maşın sürmək çətinləşir. Astiqmatım hər müayinədə artır, eynək artıq kömək etmir.”Mütəxəssis keratokonusa yol açan 6 zərərli vərdişi xüsusi qeyd edib. Bunların başında gözləri sərt şəkildə ovuşdurmaq gəlir. Bu vərdiş buynuz qişanı zəiflədərək onun strukturunu pozur. Eyni zamanda allergik xəstəliklərin müalicə olunmaması insanı davamlı olaraq gözlərini qaşımağa məcbur edir ki, bu da keratokonus riskini artırır.Yuxu rejimi və yatış pozası da göz sağlamlığına birbaşa təsir edir. Üzüstə yatmaq və ya əli gözün üzərinə qoyaraq yuxuya getmək buynuz qişaya davamlı təzyiq göstərir. Bu vəziyyət zamanla gözün təbii quruluşunu zəiflədir. Həmçinin günəşin ultrabənövşəyi şüaları da risk faktorları arasındadır.Semra Akkaya Turhan gənclərə və valideynlərə müraciət edərək xatırladıb ki, 10–25 yaş aralığında olan şəxslərdə görmə zəifliyinin sürətlə artması keratokonusun ilk siqnalı ola bilər.“Eynəyimin nömrəsi tez-tez dəyişir, tək gözlə baxanda hərflərin kölgəsi görünür, ikili görürəm, parlaq işıq gözümü qamaşdırır, hər şeyi dumanlı görürəm kimi şikayətlər bu xəstəliyin əlamətləri ola bilər.”Ailəsində keratokonus olan şəxslərin daha diqqətli olması vacibdir. Müasir tibb artıq bu xəstəliyi erkən mərhələdə aşkarlamağa imkan verir. Xüsusi lazer prosedurları və "kornea çarpaz bağlama" üsulu ilə xəstəliyin irəliləməsini dayandırmaq mümkündür.Həkimin fikrincə, vaxtında müdaxilə bir çox xəstəni gələcəkdə buynuz qişa köçürülməsi əməliyyatından xilas edir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
93
demokrat.az

1Mənbələr