AZ

277 sərnişin olan Türkiyə təyyarəsi alovlandı

İstanbuldan Nepalın paytaxtı Katmanduya yollanan Türkiyə Hava Yollarına (THY) məxsus sərnişin təyyarəsində eniş zamanı yanğın baş verib.

Publika.az xəbər verir ki, bu barədə "Nepal News" məlumat yayıb.

Məlumata görə, eniş zamanı laynerin şassiləri alovlanıb.

Hava gəmisinin göyərtəsində dördü uşaq olmaqla 277 sərnişin olub.

"İnsanlar uğurla təxliyə ediliblər, lakin bəzi sərnişinlər xilasetmə əməliyyatı zamanı yüngül xəsarətlər alıblar. Yanğın lokallaşdırılıb, bütün sərnişinlər təhlükəsizlikdədir", - deyə məlumatda bildirilib.

Baş verən hadisənin fonunda Katmandu hava limanında beynəlxalq uçuşlar müvəqqəti dayandırılıb.

Seçilən
0
4
publika.az

6Mənbələr