AZ

Almaniyanın müdafiə naziri Ukraynaya gözlənilməz səfər edib

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukrayna ilə silah əməkdaşlığının genişləndirilməsini müzakirə etmək üçün Kiyevə gözlənilməz səfərə gəlib.

Ucnoqta.az bildirir ki, DPA bu barədə məlumat verib.

Agentliyin məlumatına görə, Pistoriusun səfəri təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən əvvəlcədən elan edilməyib.

Müdafiə naziri Almaniya hökumətinin Ukrayna ilə birgə müəssisələr yaratmağa sadiq olduğunu bildirib.

"Bundan əlavə, biz perspektivli innovativ həllər təqdim edə bilən inkişaf etdiriciləri dəstəkləmək üçün Brave One platformasından istifadə etməyi planlaşdırırıq", - deyə Pistorius əlavə edib.

Seçilən
17
ucnoqta.az

1Mənbələr