AZ

Tarixi Qum hamamı, neft qoxuyan tarix: Dəyişən Balaxanıdan reportaj VİDEO

ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Baku TV-nin əməkdaşları Bakının 32 kəndindən biri olan Balaxanıda olublar.

Bəs Balaxanı əvvəllər necə bir yer idi, indi necədir? "Balaxanı" sözünün mənası nədir? Hazırlanan videomaterialda bu və digər suallara aydınlıq gətirilib.

Kənd sakinləri doğma yurdları ilə bağlı təəssüratlarını belə ifadə ediblər: "Balaxanı çox gözəl kənddir, insanları isə olduqca qonaqpərvərdir".

"Əvvəllər bura baxımsız idi, indi isə hər şey çox gözəldir. 50 il əvvəl biz uşaq olanda elə yerlər var idi ki, qapağı açan kimi neft çıxdığını görürdün", - deyə digər sakin bildirib.

Balaxanıda həmçinin tarixi Qum hamamı yerləşir. Abidənin belə adlandırılmasının əsas səbəbi onun böyük hissəsinin torpaq altında inşa olunması ilə bağlıdır.

Son dövrlər Balaxanıda aparılan təmir-bərpa işləri zamanı Qum hamamı da restavrasiya olunaraq yenilənib. Hazırda bu tikili mühüm tarixi abidə kimi dövlət tərəfindən qorunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
moderator.az

2Mənbələr