AZ

Pentaqon bu məxfi arxiv materiallarını ilk dəfə yaydı

Yazını böyüt
Yazını kiçilt

Pentaqon naməlum uçan obyektlərlə bağlı məxfi arxiv materiallarının bir hissəsini ilk dəfə ictimaiyyətə təqdim edib. Yayımlanan sənədlər arasında Aya uçmuş ilk astronavtlardan biri olan Buzz Aldrinin ifadələri də yer alıb.

Hafta.az xəbər verir ki, astronavt Ay missiyası zamanı üç qəribə hadisə müşahidə etdiyini bildirib.

Pentaqon

Oldrin ilk naməlum obyektin uçuşdan təxminən bir gün sonra və ya Aya yaxınlaşarkən göründüyünü bildirib:

"Gördüyümüz ilk qeyri-adi obyekt kifayət qədər böyük idi. Buna görə onu monokl vasitəsilə müşahidə etməyə başladıq".

O, həmçinin ekipaj üzvlərinin kapsul daxilində təkrarlanan işıq parıltıları gördüyünü söyləyib. Bildirib ki, kabinədə işıqlar söndürüldükdən sonra bir neçə dəqiqədən bir qısa işıq yanıb-sönmələri baş verirmiş:

Pentaqon

"Yuxuya getməyə çalışarkən kabinənin içində kiçik işıq parıltıları gördüm. Daha sonra kifayət qədər parlaq bir işıq müşahidə etdik və bunun hansısa lazer ola biləcəyini düşündük".

Məqalədə qeyd olunur ki, "Apollon" missiyalarında iştirak edən astronavtlar dəfələrlə kosmik gəminin yaxınlığında "parlaq obyektlər" gördüklərini bildiriblər.

Sənədlərdə həmçinin UAP - "müəyyən olunmamış anomal hadisələr"lə bağlı yüzlərlə foto, video və stenoqramın yer aldığı vurğulanır./"Daily Star"/

Seçilən
41
50
hafta.az

10Mənbələr