AZ

Ermənistan lazımi vaxtda Aİ ilə Avrasiya İttifaqı arasında seçim edəcək -ARARAT MİRZOYANDAN PUTİNƏ CAVAB

Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür və vaxtı gələndə avrointeqrasiya məsələsi ilə bağlı qərar qəbul edəcək.

 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bunu NEWS.am"a açıqlamasında deyib.

 

"Düzünü desək, hazırda biz seçkiqabağı kampaniyanın qızğın çağındayıq və bütün bəyanatları, detalları izləmək üçün o qədər də çox vaxtımız yoxdur. Lakin biz həmişə demişik ki, Ermənistanın Aİİ və Avropa İttifaqı arasında seçim etmək vaxtı gələndə, biz, əlbəttə ki, bunu edəcəyik", - nazir qeyd edib.

 

Mirzoyanın sözlərinə görə, hazırda Ermənistan Aİİ-nin üzvüdür və bu İttifaqda öz fəaliyyətini davam etdirir.

 

"Həmçinin sirr deyil ki, Ermənistan xalqının Avropa ambisiyaları var. Qərar qəbul etmək vaxtı gələndə biz onu qəbul edəcəyik", - Ermənistan XİN rəhbəri əlavə edib.

 

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Aİ və ya Aİİ-də iştirakı məsələsi ilə bağlı danışarkən bunun əleyhinə olmadıqlarını bildirmiş, eyni zamanda bir sıra halları nəzərə almağın lazım olduğunu, konkret olaraq referendum keçirilməsinin maraqlı ola biləcəyini vurğulamışdı. 

Seçilən
1
4
senzor.az

5Mənbələr