"Qızım yüksək bal toplayıb liseyə qəbul oldu. Bizi qürurlandırdı. Onun çəkdiyi zəhmət əvvəlcə özünü, sonra isə bizi sevindirdi. Bizim üzərimizə o qədər də yük düşmürdü. Əsas öz gücüdür".
Publika.az xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova AzTV-də qonaq olarkən deyib.
Qızı İpəkdən danışan ifaçının onun yüksək balla liseyə qəbul olduğunu bildirib:
"Əlbəttə, hamımızın müəyyən əməyi var, amma təkbaşına oturub çalışan yenə də uşaqlarımızdır. Onların ətrafında xaos yaşanır: sosial şəbəkələr, qısa vieolar diqqət dağıdır. Bunlara baxmayaraq öz yollarını, gələcəklərini düşünürlərsə halaldı. Hamısının yolu açıq olsun".