İran Xarici İşlər Nazirliyi başçısının müavini Kazem Qəribabadi bildirib ki, Hörmüz boğazında Fransa, Böyük Britaniya və ya digər ölkələrin hərbi gəmilərinin mövcudluğu Tehranın sərt reaksiyasına səbəb olacaq.
Publika.az xəbər verir ki, bu barədə İranın "Al Alam" telekanalı məlumat yayıb.
"Fransa, Böyük Britaniya və ya hər hansı başqa ölkənin ABŞ-nin fəaliyyətinə dəstək məqsədilə bölgədə hərbi iştirak nümayiş etdirməsi dərhal və qəti cavabla qarşılanacaq", - deyə Qəribabadi bildirib.
O, həmçinin Paris və Londona vəziyyəti daha da gərginləşdirməmək çağırışı edib.