AZ

Tramp İrandan sonra yeni hədəfini açıqladı

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrandan sonra diqqətini Kubaya yönəldəcəyini bildirib.


Manset.az xəbər verir ki, bu barədə o, jurnalist Şeril Atkinsona müsahibəsində danışıb.

Tramp Kubanı "fəaliyyət qabiliyyətini itirmiş dövlət" adlandırıb və ABŞ-nin xarici siyasətdə digər istiqamətlərə keçməzdən əvvəl bu ölkəyə fokuslanacağını deyib.

Bununla yanaşı, Ağ Ev rəhbəri dövlət katibi Marko Rubionun hazırkı administrasiya adından Havana ilə əlaqələri davam etdirdiyini təsdiqləyib.

Xatırladaq ki, yanvarın 29-da Donald Tramp Kubaya neft tədarük edən ölkələrdən idxala rüsumların tətbiqi ilə bağlı fərman imzalayıb və ABŞ-nin milli təhlükəsizliyinə təhdid olduğunu əsas gətirərək fövqəladə vəziyyət elan edib.

Kuba hakimiyyəti isə cavab olaraq Vaşinqtonu enerji blokadası vasitəsilə ölkə iqtisadiyyatını boğmağa çalışmaqda ittiham edib.

Seçilən
0
3
manset.az

4Mənbələr