AZ

Trampı Çin səfərində ABŞ şirkətlərinin nümayəndələri müşayiət edəcək

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset ABŞ Prezidenti Donald Trampı Çinə səfəri zamanı Amerika korporasiya rəhbərlərindən ibarət böyük nümayəndə heyətinin müşayiət edəcəyini açıqlayıb.

"Report"un məlumatına görə, o, bu barədə "Fox News"a müsahibəsində deyib.

"Güman edirəm, Prezidentlə birlikdə olacaq insanların böyük, daha doğrusu, kifayət qədər böyük siyahısını görəcəyik", - Hasset "Boeing" və "Citigroup" şirkətləri rəhbərlərinin səfərdə iştirakı ilə bağlı xəbərləri şərh edərkən bildirib. Lakin o, biznes nümayəndə heyətinin mümkün tərkibini açıqlamayıb.

K.Hasset həmçinin Trampla Çin Sədri Si Cinpin arasındakı münasibətləri güclü və yaxın adlandırıb.

Onun sözlərinə görə, ABŞ liderinin Pekinə səfərinin nəticələrinə əsasən "Amerika işçiləri və firmalar üçün çoxlu xoş xəbər" gözlənilir.

Trampın Çinə səfəri 14-15 maya planlaşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
2
azpolitika.info

2Mənbələr