AZ

“Neftçi” “Şamaxı”ya şans vermədi

Misli Premyer Liqasının XXXI turunda növbəti oyun keçirilib.

90deqiqe.Az xəbər verir ki, günün ikinci qarşılaşmasında “Neftçi” öz meydanında “Şamaxı” ilə üz-üzə gəlib. “Palms Sports Arena”da baş tutan matç “ağ-qaralar”ın inamlı qələbəsi ilə yekunlaşıb – 3:0.

Görüşdə hesab erkən açılıb. 1-ci dəqiqədə Emin Mahmudov fərqlənib. İkinci hissənin əvvəlində, 47-ci dəqiqədə İmad Faraj, 83-cü dəqiqədə isə Breno Almeyda komandasının üstünlüyünü möhkəmləndirib.

Bu qələbədən sonra “Neftçi” xallarının sayını 53-ə çatdıraraq turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. “Şamaxı” isə 35 xalla 8-ci sırada yer alır.

Qeyd edək ki, günün ilk oyununda “Turan Tovuz” “Karvan-Yevlax” üzərində 1:0 hesablı qələbə qazanıb.

XXXI turun əvvəlki matçlarında isə “Kəpəz” “Sabah”ı 1:0, “Sumqayıt” “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib. “Qəbələ” – “Qarabağ” görüşündə 1:1, “İmişli” – “Zirə” matçında isə qolsuz heç-heçə qeydə alınıb.

Seçilən
57
90deqiqe.az

1Mənbələr