Latviyanın müdafiə naziri Andris Spruds vəzifəsindən istefa verib.
“ERR”in məlumatına görə, bunu Latviyanın Baş naziri Evika Silinya açıqlayıb.
Qərar ölkə ərazisinə dronların düşməsi ilə bağlı insidentlərdən sonra qəbul olunub.
Baş nazir bildirib ki, Andris Spruds həm onun, həm də cəmiyyətin etimadını itirib. Buna görə də onun istefası tələb olunub.
Silinya müdafiə naziri vəzifəsinə polkovnik Rayvis Melnisin namizədliyini irəli sürdüyünü və onun bu təklifi qəbul etdiyini açıqlayıb.
Baş nazir qeyd edib ki, son dron insidenti ölkənin hava məkanının təhlükəsizliyi ilə bağlı verilən vədlərin yerinə yetirilmədiyini göstərib.