AZ

"Neftçi" 3 xalı 3 qolla qazandı

Misli Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.

"Ölkə.az" xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Şamaxı"nı qəbul edib.

"Palms Sports Arena"dakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.

"Ağ-qaralar"ın qollarını 1-ci dəqiqədə Emin Mahmudov, 47-ci dəqiqədə İmad Faraj, 83-cü dəqiqədə Breno Almeyda vurublar.

Dördüncü pillədə qərarlaşan "Neftçi" bu nəticədən sonra xallarının sayını 53-ə çatdırıb. "Şamaxı" 35 xalla səkkizincidir.

Günün ilk oyununda "Turan Tovuz" "Karvan-Yevlax"ı üstələyib - 1:0.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Kəpəz" "Sabah"ı (1:0), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Qəbələ" - "Qarabağ" matçında 1:1 hesabı qeydə alınıb. "İmişli" - "Zirə" görüşü isə qolsuz bərabərliklə başa çatıb.

Seçilən
1
8
olke.az

10Mənbələr