Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 10 may, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, "Neftçi" "Palms Sports Arena"da "Şamaxı" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.
Bu nəticədən sonra "Neftçi" 53 xalla dördüncü yerdə qalıb. "Şamaxı" isə 35 xalla səkkizinci pillədədir.
İlk matçda "Turan Tovuz" "Karvan-Yevlax"ı minimal hesabla məğlub edib - 1:0.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 1:0, "Sumqayıt" "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib, "Qəbələ" "Qarabağ"la 1:1, "İmişli" isə "Zirə" ilə 0:0 hesablı heç-heçəyə razılaşıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.