AZ

“Fiorentina” evdə xal itirdi

İtaliya A Seriyasının 36-cı turunda “Fiorentina” öz meydanında “Cenoa”nı qəbul edib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşmanın favoriti sayılan ev sahibi komanda üstünlüyünü təsdiqləyə bilməyib. 90 dəqiqə ərzində tərəflər qapılara yol tapa bilməyiblər və görüş 0:0 hesabı ilə başa çatıb.

Bu nəticədən sonra “bənövşəyilər” 38 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Cenoa” isə 41 xalla 14-cü sıradadır.

Xatırladaq ki, komandalar arasında ilk dövrədə keçirilən qarşılaşma da heç-heçə ilə yekunlaşmışdı. Həmin oyunda hesab 2:2 olub.

36-cı tur çərçivəsində “Fiorentina” növbəti matçını 17 mayda səfərdə “Yuventus”a qarşı keçirəcək. “Cenoa” isə həmin gün “Milan”la üz-üzə gələcək.

Seçilən
75
90deqiqe.az

1Mənbələr