AZ

Hərbi geosiyasi metal │ TƏHLİL

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Volframın karbonla birləşməsi – volfram karbidi möhkəmliyinə görə almaza yaxındır. Bu isə təkcə zirehi dəlmək yox, polad və titanı emal etmək üçün alətlər yaratmaq baxımından da əlverişlidir. İranda aparılan hərbi əməliyatlar ABŞ-nin hərbi-sənaye kompleksinin volfram tədarükündən kritik asılılığını üzə çıxardı. Ölkənin volfram ehtiyaları sürətlə azalmağa başladı. Nəticədə dünya bazarında bu metalın qiyməti 500%-dən çox artdı. Məsələni qəlizləşdirən odur ki, Amerikanın ərazsində volfram hasil olunmur. ABŞ 10 ildən çoxdur bu metalı Çindən idxal edir. Çin hazırda beynəlxalq volfram bazarında mütləq monopoliyaya malikdir. Qlobal hasilatın 80–83%-nə “Səma imperiyası” nəzarət edir. Məlum ehtiyatların yarısı (təxminən 2,4–2,5 milyon ton) onun ərazisindədir. Trampın başlatdığı ticarət müharibəsi çərçivəsində Çin volframına 25% gömrük rüsumunun tətbiqi öz ayağına atəş açmaqdan başqa bir şey deyildi. Çünki həmin volfram ilk növbədə ABŞ-nin özü üçün zəruridir. Hazırda ölkənin ehtiyacının 30%-i volframın təkrar emalının hesabına ödənilir, amma bu, vəziyyətdən çıxış yolu deyil. İkinci ən böyük volfram ehtiyatı Avstraliyadadır. Sonrakı yerlərdə Vyetnam, Rusiya, İspaniya gəlirlər. Rusiya 2030-cu ilə qədər Çukotiya və Buryatiyanın hesabına hasilatı artırmaq və ilk üçlükdə möhkəmlənmək istəyir. Son vaxtlara qədər ABŞ-nin müdafiə sənayesinin alternativ tədarükçü qismində əsas ümidləri Güney Koreyaya bağlı idi. Bu ümidlər zəifləyəndən sonra əsas diqqət Qazaxıstana yönəlib. 2024-cü ildən başlayaraq, oradakı volfram yataqlarına aktiv şəkildə investisiya qouyulur. Məqsəd Çindən asılılığı zəiflətmək, alternativ tədarük mənbəyi tapmaq və boşalmış ehtiyatların yerini doldurmaqdır. Amma ABŞ-nin Çindən asılılığı o həddədir ki, tədarükü diversifikasiya etmək üçün 3 ildən 10 ilə qədər vaxt tələb oluna bilər. Ona görə, ekspertlər Trampın Çinə gözlənilən səfəri zamanı bu məsələnin də diqqət mərkəzində olacağını deyirlər. Vüsal Məmmədov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
101
azvision.az

1Mənbələr