AZ

«Biz bir dənə güllə atsaq, onların izi-tozu da qalmayacaq»

«Azərbaycan xalqı erməni xalqına heç bir pislik etməyib, onların bizə olan nifrətinin səbəblərini isə yəqin ki, psixiatrlar, psixoloqlar, həkimlər araşdırmalıdırlar. Nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq».

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə prezident İlham Əliyev Zəngilan rayonunda yerli sakinlərlə görüş zamanı Azərbaycan və Ermənistan arasındakı münasibətlər və Azərbaycanın öbz ərazi bütövlüyünü bərpa etməsi barədə danışarkən bildirib. 

Prezident bildirib ki, Azərbaycanın hərbi əməliyyatları istənilən yerdə davam etdirmək imkanları vardı və Ermənistanın bunun qarşısını almağa şansı yox idi, amma Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra sülhə üstünldük verib.

«Biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da bilirlər. Nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər».

Dövət başçısı xüsusilə özünü Ermənistana dost kimi göstərərək regiondakı proseslərə müdaxilə etmək istəyən xarici siyasətçilərə işarə edərək qeyd edib ki, Azərbaycanın onsuz da Ermənistan məhv etmək niyyəti olmayıb. 

«Gücləri var idisə, Ermənistana elə 2020-ci ildə kömək edərdilər. Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər. Bizim Ermənistanı məhv etmək, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi».

İlham Əliyev bu gün də Azərbaycan-Ermənistan sərhədində Avropalı müşahidəçilərin olduğunu xatırladaraq onları «yalançı qəhrəmanlar» adlandırıb:

«Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi, hamısı cəfəngiyyatdır. Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə. Ancaq biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq».

Seçilən
7
1
fed.az

10Mənbələr