AZ

Almanlar İrandakı müharibəyə görə şəxsi avtomobildən imtina edirlər

ABŞ və İsrailin İrana qarşı müharibəsinin nəticəsi olaraq yanacaq qiymətlərinin artması səbəbindən Almaniya vətəndaşlarının demək olar ki, yarısı şəxsi avtomobildən istifadədən imtina etməyə başlayıb.

Bu, Almaniyada “Verivox” portalının sifarişi ilə keçirilən sorğunun nəticəsində məlum olub.

Sorğuda iştirak edənlərin 48 faizi şəxsi avtomobildən imtina etdiyini bildirib.

Almanların 29 faizi mövcud şəraitdə avtomobildən velosipedə keçib, 24 faizi isə daha çox ictimai nəqliyyatdan istifadə etməyə başlayıb.

Sorğuda iştirak edən respondentlərin üçdə ikisi — 67 faizi bildirib ki, qiymət artımı səbəbindən enerjidən daha qənaətlə istifadə etməyə başlayıb.Almanların 56 faizi istifadə olunmayan elektrik cihazlarını gözləmə rejimində saxlamaq əvəzinə tam söndürür. Bundan əlavə, respondentlərin 55 faizi evlərdə istilik cihazlarının gücünü azaltdığını bildirib. 52 faiz ümumilikdə elektrik enerjisi istehlakını məqsədyönlü şəkildə azaltdığını qeyd edib. Respondentlərin 47 faizi isə isti suya qənaət etdiyini deyib.

"Cebheinfo.az" 

Seçilən
0
6
cebheinfo.az

8Mənbələr