AZ

"İranın hərbi gücünü bərpa etməsi 20 il çəkəcək" - Tramp

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın hərbi potensialını tam bərpa etməsi təxminən iyirmi il vaxt apara bilər.

Redaktor.az xəbər verir ki, bu barədə o, “Full Measure” proqramına verdiyi müsahibədə bölgədəki hərbi vəziyyəti şərh edərkən bildirib.

Tramp ABŞ-nin hərbi əməliyyatlarının effektivliyini yüksək qiymətləndirərək qeyd edib: "Hərbi baxımdan, əgər biz bu gün hərbi əməliyyatları dayandırsaq belə, İranın özünə gəlməsi üçün 20 il lazım olacaq".

Amerika liderinin sözlərinə görə, ABŞ ordusu müəyyən edilmiş hədəflərin təxminən 70%-ni məhv etməyə nail olub.

Lakin kəşfiyyat məlumatları fərqli mənzərəni ortaya qoyur. "The Washington Post" qəzetinin Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) istinadən yaydığı məlumata görə, hava hücumlarına baxmayaraq, İran hələ də ballistik raket arsenalının təxminən 70%-ni qoruyub saxlaya bilib. MKİ analitikləri hesab edirlər ki, Tehran yeraltı sığınacaqlardakı arsenallardan istifadə etmək, zədələnmiş raketləri təmir etmək və yeni istehsal güclərini işə salmaq potensialına malikdir.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
29
1
redaktor.az

2Mənbələr