AZ

Şröder vasitəçi ola bilərmi? Almaniya Putinin təklifinə skeptik yanaşdı

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Almaniya hökuməti Rusiya Prezidenti Vladimir Putinin Moskva ilə Avropa İttifaqı arasında danışıqlarda keçmiş Almaniya kansleri Gerard Şröderin vasitəçi kimi təyin olunması ilə bağlı təşəbbüsünə skeptik yanaşıb.Bizim.Media xəbər verir ki, bu barədə Der Spiegel, Süddeutsche Zeitung, ARD-aktuell, Tagesspiegel və Deutschlandfunk nəşrləri mənbələrə istinadən məlumat yayıb.

 

Berlində Kremlin bu cür təşəbbüsləri Rusiyanın “hibrid strategiyasının” bir hissəsi hesab edilir və “formal xarakterli” addımlar kimi qiymətləndirilir. Buna görə də Almaniya hakimiyyəti bu təkliflərə etimad göstərmir.

Qeyd olunur ki, Almaniyanın belə mövqe tutmasının əsas səbəbi Moskvanın Ukrayna ilə bağlı tələblərinin dəyişməməsidir. Berlin həmin tələbləri qəbuledilməz hesab edir.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
bizim.media

2Mənbələr