AZ

İran bu gün ABŞ-ın təkliflərinə cavabını göndərib - YENİLƏNİB-1

Pakistan ABŞ-ın münaqişənin nizamlanması ilə bağlı təklifinə İranın cavabını Vaşinqtona çatdırıb.

Bu barədə “Al Jazeera” Pakistanın diplomatik mənbəyə istinadən məlumat yayıb.

İran mediası isə yazıb ki, Tehranın cavabında Livanda atəşkəsin təmin olunması şərti də yer alıb.

***

saat 17.54

Pakistan rəsmiləri İranın ABŞ-ın təklifinə cavabı təqdim etdiyini təsdiqləyib.

Bu barədə Al Jazeera” məlumat yayıb.

***

saat 16.34

İran müharibənin başa çatdırılması ilə bağlı ABŞ-ın son təkliflərinə cavabı bu gün pakistanlı vasitəçiylə göndərilib.

Bu barədə İRNA məlumat yayıb.

İranın təklifə cavabının detalları açıqlanmayıb.

Seçilən
40
2
apa.az

10Mənbələr