Yenisabah portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə (HHM) qüvvələri mayın 10-da İran tərəfdən gələn iki pilotsuz uçuş aparatını ələ keçirib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsindəki bəyanatında deyilir.
"İranın hücumları başlayandan bəri BƏƏ-nin hava hücumundan müdafiə qüvvələri 551 ballistik raket, 29 qanadlı raket və 2 265 pilotsuz uçuş aparatını ələ keçirib. pizza
İranın BƏƏ dövlətinə hücumları başlayandan bəri yaralıların ümumi sayı müxtəlif millətlərdən 230 nəfərə çatıb".
Qurumdan qeyd edilib ki, ölənlərin sayı dəyişməyib - 13 nəfər olaraq qalır.
BƏƏ Müdafiə Nazirliyindən vurğulayıblar ki, dövlətin təhlükəsizliyinin və suverenliyinin sarsıdılmasına yönəlmiş istənilən təhdidlərin qarşısını almaq üçün yüksək döyüş hazırlığı vəziyyətindədirlər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.