Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.
“Deyirlər ki, biz torpağımızı (red.- Qarabağı) itirmişik. Bu torpaq necə bizim ola bilər? Zəhmət olmasa, izah edin, necə bizim ola bilər?”
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiöncəsi kampaniya çərçivəsində Sünik bölgəsində seçicilərlə görüşdə bildirib:
“Ölülərin arxasınca danışmaq istəmirəm, amma deyək ki, bu ərazi, məsələn, orada buğda yetişdirən bir neçə generalın nəzarəti altında idi.
Bəs bizim olduğu sayılırdı? Necə? İzah edin necə? Biz orada məktəb, uşaq bağçası və ya fabrik tikmişikmi, orada yaşayırdıqmı ya da yaşayış məntəqəsi var idimi...
Necə bizim idi? Qarabağ bizim deyildi.”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.