"Qarabağ"ın futbolçusu Emmanuel Addai İngiltərəyə yollana bilər.
Sportal.az xəbər verir ki, "The72" portalının iddiasına görə, qanalı Çempionşipdə pley-off mərhələsinə vəsiqə qazanaraq, Premyer Liqaya yüksəlmək uğrunda mübarizə aparacaq "Midlsbro" və "Hall Siti” tərəfindən yaxından izlənilir.
İngilis jurnalistlərinin məlumatına görə, Addai özü də İngiltərəyə köçməkdə maraqlıdır. 24 yaşlı oyunçunun karyerasını İspaniyanın "Elçe" klubunda davam etdirmək alternativi də var.
Addainin “Qarabağ”la müqavilə müddəti bu mövsümün sonunda başa çatacaq.
Əlavə edək ki, 24 yaşlı futbolçu Ağdam klubuna gələnə qədər “Bamako”(Mali), “Bobigni”(Fransa), “Alkorkon”(İspaniya) komandalarında oynamışdı.
saytlarin hazirlanmasi