Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bununla əlaqədar ədliyyə naziri Fərid Əhmədov və nazirliyin kollektivi Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib. Ziyarətçilər Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad ediblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət edilib, üzərinə güllər düzülüb.
Daha sonra nazirliyin inzibati binasında Ümummilli Liderin büstü önünə tər güllər qoyulub, xatirəsi ehtiramla anılıb.