AZ

“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi başa çatıb

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışına start verilib.

XQ xəbər verir ki, 5 mərhələdən ibarət yarışın ilk mərhələsi “Sea Breeze”dən start götürərək 158,7 kilometrlik marşrutu əhatə edib. Velosipedçilər Bakı şəhərinin bir sıra görməli məkanlarından keçərək yürüşü Sumqayıt şəhərində başa vurublar.

İlk mərhələnin qalibi Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko olub. “XDS Astana” klubunun təmsilçisi Qleb Siritsa finiş xəttini ikinci keçib.

Üçüncü pillədə isə Belçikanın “Tarteletto–Isoreks” komandasının velosipedçisi Timoti Dyupon qərarlaşıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

 

 

 

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

Seçilən
11
5
xalqqazeti.az

7Mənbələr